Azərbaycanda nazirlik əməkdaşı iş başında FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ facebook twitter whatsapp

5-06-2025, 11:18 270 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi zamanı faciəli şəkildə ölüb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunun Arazbarı kəndi ərazisindəki saxlama kamerasında baş verib.

FHN-in “Azərdövlətsənayelayihə” Dövlət layihə institutunun əməkdaşları kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducu kamerada müayinə-yoxlama tədbirləri həyata keçirib.

Yoxlama zamanı saxlama kamerasının tavan atmalarını müayinə etmək lazım olub. Əməkdaşların xahişi ilə orada işləyən Yusif adlı şəxsdən xahiş ediblər ki, anbardakı avtokarı idarə etməklə mütəxəssisi anbarın tavanı istiqamətində qaldırsın. Yusif adlı şəxs onların xahişini yerinə yetirməyə razılaşıb və avtokarı işə salıb. FHN-in mütəxəssisi Fövzi Quliyev avtokarın çəngəlvari hissəsinə çıxıb və sürücüdən onu yuxarı qaldırmağı xahiş edib.

Avtokar sürücüsü mütəxəssis olan çəngəli müayinə yeşikləri ilə birlikdə F.Quliyevi anbarın tavan hissəsinə qaldırarkən yeşiklərdən biri aşıb və nəticədə mütəxəssis yüksəklikdən yıxılıb ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə sürücü iki il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, FHN mütəxəssisi F.Quliyev həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədriş işləri üzrə dekan müavini olub.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031