Azərbaycandan Rusiyaya pomidor daşıyan TIR bir anda alışdı: Tonlarla məhsul məhv oldu FOTO

27-05-2025, 11:01 210 dəfə baxılıb

Ucarda pomidorla yüklənmiş iri tonnajlı yük avtomobili yanıb.

Yenisirvanli.İnfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Ramal kəndindən keçən hissəsində baş verib.

Belə ki, Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü Marif Muxtar oğlu Bayramovun idarə etdiyi pomidorla yüklənmiş "Mercedes-Benz" markalı yük avtomobili anidən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın zamanı avtomobildə olan 21 ton pomidorun 4 tonu yanaraq yararsız hala düşüb. Yükün qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Məlumata görə, pomidorla yüklənmiş TIR Şəmkirdən Rusiyaya gedirmiş. İlkin ehtimala görə, hadisəyə kondisionerdə baş verən nasazlıq səbəb olub.


Yenisirvanli.İnfo.Az 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031