Sabirabadda obyektdə yanğın - Video

7-05-2025, 12:40 174 dəfə baxılıb

 

Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Digər obyektlər yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031