“Azmetal Qaynaq”da işçi hündürlükdən yıxılıb öldü - Əmək müqaviləsi olmayıb

4-05-2025, 17:47 89 dəfə baxılıb

 

“Azmetal Qaynaq” MMC şirkətinin işçisi tikinti zamanı hündürlükdən yıxılaraq dünyasını dəyişib.

 

Yenisirvanli.İnfo.Az Musavat.com-a istinadən xəbər verir ki, MMC Buzovnada podratçı şirkət olaraq anbar tikintisi aparırmış.

 

İş zamanı Niyazi Muxtarov yüksəklikdən yıxılaraq dünyasını dəyişib.

 

İstintaq zamanı müəyyən edilib ki, N.Muxtarov şirkətdə əmək müqaviləsi olmadan işləyirmiş.

 

Baş verən hadisə ilə bağlı MMC-nin texniki təhlükəsizlik üzrə nəzarətçisi məsuliyyətə cəlb edilib. Onun barəsində şərti cəza təyin edilib.

 

İstintaq zamanı mərhumun ailəsinə maddi dəstək göstərilib, barışıq əldə edilib. Bu səbəbdən mərhumun ailəsi şikayətçi olmayıb.

 

Qeyd edək ki, MMC-nin təsisçisi İsmayılov Məzahir Abozər oğludur. O, da bu iş üzrə şahid qismində dindirilib.

 

Nizamnamə kapitalı 10 manat olan MMC bir neçə dövlət layihəsinin icrası üçün keçirilən tenderlərdə qalib olub.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031