Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir

4-05-2025, 17:26 68 dəfə baxılıb

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb...

Yenisirvanli.İnfo.Az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişimə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.
Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azətbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd oluna bilər.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031