Özünü maşınların altına atan şəxs tutuldu - Foto

1-05-2025, 18:40 111 dəfə baxılıb

 

"20 Yanvar" dairəsində özünü maşınların altına ataraq təhlükə yaradan şəxslə bağlı ötən gün görüntülər yaymışdıq.

Yenisirvanli.İnfo.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində həmin şəxsin kimliyi polis tərəfindən müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir", - nazirliyin məlumatında vurğulanıb.

Özünü maşınların altına atan şəxs tutuldu - Foto - Video






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031