Bakıda məktəblini oğurlamaq istədilər

Dünən, 18:26 188 dəfə baxılıb

 

Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə valideyn məlumat verib. Onun sözlərinə  görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.

Valideyn bildirib ki,  hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.

“Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdi. Mənə müqavimət göstərdi, təpik vurub qaçıb,” – deyə ana bildirib. O da qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.

Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildiirb. O  ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını bildirib. Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etdik, araşdırma aparıldığı bildirildi.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirmişdi. Musavat.com


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031