Sevgilisinin evinə gedən 26 yaşlı qızın meyiti tapıldı

28-04-2025, 16:58 91 dəfə baxılıb

 

İstanbulda sevgilsiinin evinə gedən 26 yaşlı qız güllələnib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, İstanbulun Ümraniyə səmtində 26 yaşlı Yazgülü Çoban sevgilisi  Mehmet T.-nin evinə gedib. Evdə oğlanın dostu Gülabi Ç. də olub.

Hadisə ötən gün axşam saatlarında Finanskent məhəlləsində baş verib. Polisə məlumat daxil olduqdan sonra hadisə yerinə gedən polis əməkdaşları kimliyi müəyyən edilməyən gənc qadının silahla başından vurulmuş vəziyyətdə tapıldığını aşkar ediblər. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin 26 yaşlı Yazgülü Çoban olduğu müəyyənləşdirilib.

Qısa müddət sonra müxtəlif cinayətlərdən 16 qeydiyyatı olan 29 yaşlı Mehmet T. saxlanılıb. Mehmet T. polisdə ifadəsində Gülabi Ç. adlı şəxsin evində olduqlarını bildirib. O, ev sahibinin sevgilisinə sataşdığını iddia edərək “Mübahisə yarandı. Ev sahibində silah var idi. Mən də Yazgülü ilə evdən çıxıb getdik” deyib.

Mehmet T. əlavə edib ki, ev sahibi Gülabi Ç. onlara çatıb və qızı vurub. Daha sonra, hadisə yerindən qaçan Gülabi Ç. polisin əməliyyatı nəticəsində istifadə etdiyi pompalı tüfənglə tutulub.

Şübhəli Gülabi Ç. məhkəməyə çıxarılaraq həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir, cinayətin səbəbi araşdırılır./Milli.Az/



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031