Qadın ona “əxlaqsızlıq edən” deyən həmcinsini evində döydü

18-04-2025, 10:57 104 dəfə baxılıb

 

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İnarə Quliyevanın (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Anar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə bu ilin əvvəlində Qusar rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, İnarə Quliyeva zərərçəkmiş Zəminə Səfərzadənin (ad, soyadı şərtidir) yaşadığı evin həyətinə daxil olub, əl zərbələri ilə onun üzünə vurub. Sonra o, zərərçəkmişin saçını yolub, yerə yıxıb başını yerə vuraraq, sağlamlığa yüngül zərər yetirib.

 

Hadisədən sonra İnarə Quliyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Məhkəmədə İnarə Quliyeva elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək deyib ki, zərərçəkmiş Zəminə Səfərzadəni əvvəllər tanımayıb. Əri təqsirləndirilən şəxsə qeyd edib ki, Zəminə onun əxlaqsızlıq etməsini deyərkən eşidib. Hadisə də elə bundan sonra baş verib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031