Halı pisləşən 2 yaşlı uşaq Bakıya gətirilərkən yolda öldü

18-04-2025, 10:49 67 dəfə baxılıb

 

Səhhəti ilə əlaqədar Göygöl rayonundan Bakıya gətirilən iki yaşlı uşaq yolda ölüb.

Yenisirvanli.İnfo.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 20 radələrində Kürdəmir rayonu ərazisində baş verib.

Belə ki, halı pisləşən 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınlarının müşayiəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

Bildirilib ki, azyaşlı bir neçə ay əvvəl yıxılaraq xəsarət alıbmış. Bundan sonra onun səhhəti ağırlaşıb və dünən Bakıya gətirilirmiş.

Faktla bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930