Tək yaşayan 87 yaşlı kişi evində ölü tapıldı

15-04-2025, 19:15 46 dəfə baxılıb

 

Türkiyədə tək yaşayan 87 yaşlı kişi evində ölü tapılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə Köprülü rayonu, Sakarya küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib.

Alınan məlumata görə, uzun müddətdir tək yaşayan Nahit Sertkayadan (87) xəbər ala bilməyən qonşular qocanın həyatından narahat olublar və vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xəbərdarlıq üzərinə bölgəyə tibbi və polis qrupları sövq edilib. Qısa müddət sonra hadisə yerinə gələn qruplar yaşlı kişini evdə hərəkətsiz vəziyyətdə tapıblar. Tibbi qruplar tərəfindən aparılan yoxlamalarda Sertkayanın həyatını itirdiyi müəyyən edilib.

Sertkayanın cansız bədəni lazımi müayinələrdən sonra xəstəxana meyitxanasına aparılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031