Kişi ondan xəbərsiz “TikTok”a girən arvadını döydü - CƏZA

11-04-2025, 11:14 5 dəfə baxılıb

 

Biləsuvar Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Namiq İbrahimovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə qazancından 15% dövlət nəfinə tutulmaqla o, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə bu ilin əvvəlində Biləsuvar rayonunda yerləşən kəndlərin birində qeydə alınıb.

 

Belə ki, Namiq İbrahimov qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Gülarə Səfərova (ad, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ərindən icazə almadan “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada paylaşımlar etməsi və ona başqa qadınlarla münasibət saxlaması olub. Mübahisə zamanı Namiq qadını vurmaqla vuraraq, onun sağlamlığına yüngül zərər yetirib.

 

Hadisədən sonra Namiq İbrahimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmədə elan edilib ki, təqsirləndirilən şəxs qadına dəymiş zərəri ödəyib. Gülarə də ərindən heç bir şikayət və tələbinin olmadığını bildirib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031