BƏDBƏXT HADİSƏ – Əlil arabasında olan qardaşı qızının üstündən keçdi

7-04-2025, 18:36 102 dəfə baxılıb

 

Astarada əlil arabasında olan yeniyetmə qız avtomobilin altında qalaraq həlak olub.

Yenisirvanli.İnfo.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, sürücü Vasif Kazımov nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman ehtiyatsızlıqdan əlil arabasında olan 13 yaşlı qardaşı qızı Zəkiyyə Kazımzadəni vurub.

Qəza nəticəsində ciddi xəsarət alan Z.Kazımzadə təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Mərhumun cənazəsi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən V.Kazımov polisə təslim olub.

Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən araşdırma başladılıb.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031