Ata əkdiyi naringi meyvələrini satan oğlunu güllələdi

7-04-2025, 11:04 79 dəfə baxılıb

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mətləb Quliyevin (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisirvanli.İnfo.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 20 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində Astara rayonu, Vaqo kəndində qeydə alınıb.

Belə ki, Mətləb Quliyev özü və oğlu, zərərçəkmiş Mahir Quliyev (ad, soyadı şərtidir) yaşadığı evin həyətyanı sahəsində əkdiyi naringi ağaclarındakı meyvələri icazəsiz dərib satıb. Buna görə onların arasında mübahisə yaranıb. Bu zaman o, oğluna bir dəfə üz nahiyəsindən yumruqla zərbə vurub, Bundan sonra o, yaşadığı evdə saxladığı ov tüfəngini götürərək Mahir tərəfə açıb və onu yaralayıb.

Hadisədən sonra Mətləb Quliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031