Məhkəmə arvadını döyən vəzifəli şəxslə bağlı qərar verdi

4-04-2025, 10:45 76 dəfə baxılıb

 

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qulam Vəlizadənin (şərti) barəsindəki hökmdən verilən verilən zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 08 iyun 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.


Belə ki, Qulam Vəlizadə həyat yoldaşı, zərərçəkmiş Minayə Səlimova (şərti) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Bu zaman o, əl zərbələri ilə qəsdən qadının bədən nahiyələrindən zərbələr vuraraq, ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.


Hadisədən sonra Qulam Vəlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətdən azad edilib və barəsində cinayət təqibinə xitam verilib. Qərardan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib.
 

Minayə Səlimova şikayətində qeyd edib ki, təqsirləndirilən şəxs məhkəmə gedişində ona dəfələrlə zəng edərək, birgə nikahdan doğulmuş uşaqlarının xətrinə, onun vəzifəli şəxs kimi gələcəkdə karyerasına zərər dəyməməsi, uşağının onun himayəsində qalması və aliment ödəyəcəyinə, ona vurulan ziyanı ödəyəcəyini bildirib, onunla barışmağı xahiş edib. Qadın da bütün bunlara rəğmən onun verdiyi vədləri qəbul edib və əri ilə barışıb. Minayə də şikayətini geri götürüb. Minayə Səlimovanın sözlərinə görə, təqsirləndirilən şəxs məhkəmə məsuliyyətindən azad olunduqdan bir müddət sonra yenidən ona telefonla zəng edərək ondan boşanmayacağını, uşağı onun əlindən alacağını, aliment verməyəcəyini, təkid etdiyi təqdirdə onu öldürəcəyini deyib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930