Şəmkirdə 23 yaşlı gənc qonaq getdiyi evin hamamında faciəli şəkildə öldü

3-04-2025, 19:54 147 dəfə baxılıb

 

Şəmkir rayonunda yanıq xəsarətləri alan şəxs vəfat edib.

 Yenisirvanli.İnfo.Az “Teleqraf”a istinadən xəbər verir ki, martın 21-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Tovuz rayon sakini, 23 yaşlı Namiq Fazil oğlu Yusifov (2002) ölüb.

Qeyd edək ki, hadisə Şəmkir rayonunun Tatarlı kəndində baş verib. Tanışının evinə qonaq gələn şəxs fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobada baş vermiş ani alışma səbəbindən yanıq xəsarətləri alıb. Yaralı ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına oradan isə Bakı şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib.

Şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

O, yerləşdirildiyi xəstəxanada vəfat edib.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031