Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü
Mart ayı ərzində Kliniki Tibbi Mərkəzinə zəhərlənmə ilə müraciət edənlərin sayı aşıqlanıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədəMərkəzdən məlumat verilib.
Məlumata görə, mart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib. 48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələr zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi cinsli, 1 qadın cinsli) ölüm faktı qeydə alınıb. Ölüm səbəbləri sirkə turşusu, allergik reaksiya, dəm qazı və spirtli içki zəhərlənmələri kimi qeyd olunur.Bakuplus
Yenisirvanli.İnfo.Az