Bakıda avtomobil piyadanı vuraraq öldürdü – ANBAAN GÖRÜNTÜLƏR

2-04-2025, 10:28 97 dəfə baxılıb

 

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücünün görüntüləri yayılıb. 

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən məlumat verir ki, kadrlardan göründüyü kimi, 3 nəfər yolu keçməyə çalışır. Sürətlə hərəkət edən avtomobili görən iki piyada dayanır, üçüncü piyada isə qaçaraq yolu keçməyə çalışır və bu zaman avtomobillə vurulur. O, hadisə yerində həyatını itirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, martın 31-i saat 23 radələrində Xətai rayonu ərazisində paytaxt sakini, 45 yaşlı qadın naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş Bakı şəhər sakini, 31 yaşlı Şamxal Şirinov idarə etdiyi avtomobillə birgə saxlanılıb.

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930