Sabirabad xəstəxanasında daha bir uşaq ölümü

31-03-2025, 11:41 109 dəfə baxılıb

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.

 Yenisirvanli.İnfo.Az-ın  Teleqraf-dan əldə etdiyi məlumata görə, hadisə bayram günlərində baş verib.

Məlumata görə, doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.

Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.

Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.

Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev Teleqraf-a faktı təsdiqləyib və sabah məsələ ilə bağlı baş həkimlə görüşəcəyini bildirib: "Bu görüşdən sonra lazım olsa sizə geniş məlumat verərəm".

Xatırladaq ki, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır.

Bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var. Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.

 Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031