Xaricdə işləmək istəyən Sumqayıt sakinlərini aldatdılar-VİDEO

26-03-2025, 10:10 259 dəfə baxılıb

 

Xaricdə işləmək istəyən vətəndaşlar dələduzluğun qurbanına çevriliblər.

Yenisirvanli.İnfo.Az  Xəzər TV-yə istinadən məlumat verir ki, onlar iddia edirlər ki, xarici ölkədə işə düzəlmək adı ilə dələduzluq qurbanı olublar.

Hadisə Sumqayıt şəhər sakinləri Məcid Sadıqov və Anar Şıxbabayevin başına gəlib. Onlar sosial şəbəkədə tapdıqları şəxsin vədlərinə inanaraq, Slovakiyada işləmək istəyiblər. Bu məqsədlə də sənədlərini və 3050 manat pulu İnara kimi tanıdıqları qadına veriblər.

İşlə bağlı xəbər çıxmadıqda isə həmin qadınla əlaqə saxlayıblar. Onun ad-soyadının əslində Münəvvər Muxtarova olduğunu öyrəniblər. O, vətəndaşlara səfirliyin qarşısına toplaşmaq lazım olduğunu deyib. Onlar da səfirliyə yaxınlaşdıqda aldadıldıqlarını başa düşüblər. Anar Şıxbabayev deyir ki, həmin qadın onlarla bərabər bir çox şəxsi də aldadıb.

Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031