Ekrem İmamoğlunun mətbuat katibi də həbs edildi

23-03-2025, 12:45 106 dəfə baxılıb

 

İstanbul bələdiyyəsinin media şirkətinin rəhbəri, bələdiyyə sədri Ekram İmamoğlunun mətbuat katibi Murat Ongun də həbs qərarı çıxarılanlar içərisindədir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Məhkəmə onunla yanaşı, “İmamoğlu İnşaat” şirkətinin baş direktoru Tuncay Yılmazın da həbs edilməsinə qərar verib.

Şübhəlilər Əhməd Palazoğlu, Əlihan Aydın, Ercan Saatçi, Alpərən Aydın, Bayram Taşkın, Canan Münüklü, Cəmal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan barədə isə xaricə çıxış qadağası və məhkəmə nəzarəti tətbiq edərək azad edilməsinə qərar verib.

Digər şübhəlilərin məhkəmədəki ifadələri davam edir.

Qeyd edək ki, İstanbul bələdiyyəsinə dair korrupsiya işi üzrə qurumun sədri və daha 18 şübhəli həbs edilib.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031