İmamoğlunun diplomu niyə ləğv edilib? - İstanbul Universiteti açıqladı

20-03-2025, 16:57 79 dəfə baxılıb

 

 

İstanbul Universitetinin aralarında İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 28 nəfərin diplomlarını ləğv etməsinin səbəbləri açıqlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, universitet bununla bağlı hazırladığı hesabatı yayımlayıb.

Hesabata görə, qərara səbəb keçid edən şəxslərin orta balının 2.40-dan yuxarı olmaması, akademik göstəricilərində “FF” ( dərslərdə uğursuzluq göstəricisi) hərflərinə sahib olmaları və ya onların oxuduğu universitetlərin İstanbul Universitetinin reyestr siyahısına daxil olmamasıdır.

İmamoğlunun təhsil aldığı Girne Amerika Universiteti də İstanbul Universitetinin reyestr siyahısında olmayıb. Onun İstanbul Universitetinə kvota xaricində keçdiyi və təhsil aldığı Girne Amerika Universiteti əvəzinə Doğu Akdeniz Universitetindən gəldiyini qeyd etdiyi üzə çıxıb.

Qeyd edilib ki, 1987-1993-cü illər arasında başqa universitetlərdən İstanbul Universitetinə edilən transferlər ətraflı şəkildə araşdırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930