Türkiyədə azərbaycanlı qadın professorun diplomu ləğv edildi – Lalə Kazımbek kimdir?

20-03-2025, 16:05 106 dəfə baxılıb

 

İstanbul Universitetinin qərarı ilə diplomları ləğv edilən 28 nəfərdən biri də Azərbaycan əsilli professor Lalə Kazımbek Tuzunerdir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Lale Kazımbekin Bilkent Universitetindən İstanbul Universitetinə köçürülərkən qanunsuzluğua yol verildiyi əsas gətirilərək diplomu etibarsız sayılıb.

O, İstanbul Üniversitetinin biznesin idarə edilməsi fakültəsində çalışır.

Lalə Kazımbek Azərbaycan Xalq Cümhuriyyətinin zabiti Cahangir bəy Kazımbəylinin nəslindən olduğu bildirilir. 1885-ci ildə anadan olmuş C.Kazımbəyli AXC-nin dönəmində Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri olub. Sonra o, ailəsi ilə birlikdə Polşaya və Almaniyaya mühacir edib. 1955-ci ildə Berlində Sovet casusu olan bir qadın tərəfindən zəhərlənərək öldürülüb.

Lalə Kazımbekin həmmüəllifi olduğu “İnsan idarəçiliyi” kitabının digər yazarı professor Gönen İlkan Dündar İstanbul Böyük Bələdiyyəsinin həbs edilən başqanı Əkrəm İmamoğlunun sözçüsüdür.

Xatırladaq ki, Ə.İmamoğlunun da diplomu “qanunsuz köçürülmə” iddiası ilə ləğv edilib və ona qarşı “dövlət sənədlərini saxtalaşdırma” maddəsi üzrə cinayət işi açılıb.Tia.az

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930