Nazir idarə rəisini işdən çıxardı – YENİ TƏYİNAT

19-03-2025, 18:08 150 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Bəxtiyar Kamil oğlu Qurbanov idarənin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.

Son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini – Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib.

Hər iki generalın vəzifənin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031