Ədliyyə naziri İmamoğlunun saxlanılmasından danışdı

19-03-2025, 17:50 247 dəfə baxılıb

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şübhəlilər haqqında aparılan istintaqla bağlı açıqlama verib.


 Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir İstanbul Baş Prokurorluğu tərəfindən iki fərqli istintaq çərçivəsində ümumilikdə 106 nəfər haqqında həbs qərarı çıxarıldığını bildirib.
Yılmaz Tunç istintaqın qanun çərçivəsində aparıldığını vurğulayıb və məhkəmənin qərarlarına hörmət edilməli olduğunu bildirib:
“İmamoğlu və digər şübhəlilərin terror təşkilatına yardım və yataqlıq, rüşvət, hədə-qorxu ilə tələb etmə, tender saxtakarlığı və digər qanunsuz fəaliyyətlərdə iştirak etdikləri iddia olunur”.
O, məhkəməyə təsir göstərməyə çalışan çağırışların və küçə etirazlarının qəbuledilməz olduğunu qeyd edərək, hüquq dövləti prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.
Nazir həmçinin istintaqın ciddi sübutlar – MASAK (Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Maliyyə Cinayətlərini Araşdırma Qurumu) hesabatları, vergi ekspertizası və şahid ifadələri əsasında aparıldığını bildirib.
Tunç, məhkəmələrin müstəqil və tərəfsiz olduğunu qeyd edərək, bu məsələnin siyasi məqsədlərlə manipulyasiya edilməsinin təhlükəli olduğunu bildirib. O əlavə edib ki, qanun qarşısında hər kəs bərabərdir və heç kim imtiyazlı deyil​.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930