Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

19-03-2025, 10:38 222 dəfə baxılıb

 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

ki, Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Qeyd olunub ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 38 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Eyni zamanda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.

Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarının başlanılması məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930