Baba Rzayevə yolun sonu göründü – yeni fərman “Azərenerji”də nələri dəyişəcək…

19-03-2025, 10:28 314 dəfə baxılıb

Prezident İlham Əliyevin fərmanı ilə “Azərenerji” ASC yenidən təşkil ediləcək.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tribuna.Az-ın əldə etdiyi məlumata görə, qurumun yenidən formalaşdırılması hazırkı ASC prezidenti Balababa Rzayevin səlahiyyətlərinin bölüşdürülməsi və əlindən alınması ilə nəticələnəcək. Belə ki, ilk növbədə prezidentin fərmanı ilə İdarə Heyəti yaradılır. Yəni ASC sədri vəzifəsi əhəmiyyətini itirir. Əvəzində İdarə Heyətinə sədr seçiləcək. Üstəlik, ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi dövlət başçısına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub. Yəni Balababa Rzayev deyil, prezident, NK və İN qurumda səlahiyyət sahibləri olacaqlar. Eyni zamanda, Prezident Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İH sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi və digər səlahiyyətlərə malik olacaq. Sadə dillə desək, B. Rzayevin təyinatlarda və digər qərarlarda heç bir səlahiyyəti olmayacaq. Bu da onun portfelsiz məmura çevrilməsi kimi qiymətləndirilə bilər. Və ümumiyyətlə, təkcə onun deyil, “Azərenerji”nin yenidən təşkili ilə idarəetmə forması dəyişəcək. Yəni qarşıda prezident tərəfindən İdarə Heyətinə sədr və sədr müavinləri təyin olunacaq. Həmin vəzifəli şəxslərin kim olacağını söyləmək çətindir və dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Onun kimləri seçəcəyini müəyyənləşdirmək mümkün olmasa da, Baba Rzayevin İdarə Heyətinin sədri təyin olunmayacağı, son fərmandan irəli gələrək postu ilə vidalaşacağı istisna edilmir. Mövzunu diqqətdə saxlayacağıq.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930