Bakıda Mətbuat Şurasının IX qurultayı keçirilir

16-10-2026, 10:00 64 dəfə baxılıb

 

Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, toplantıda ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məciddir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031