“Xalaqızı” vəfat etdi

14-10-2026, 10:21 207 dəfə baxılıb

 

Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.

 

74 yaşlı veteran hərbçinin Bakıda xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

 

Qeyd edək ki, N.Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

 

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq orduda qeydiyyata alınıb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

 

Hərbçilər arasında “Xalaqızı” adı ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031