“Problem TƏBİB-in elektron sistemindəki nasazlıqdan qaynaqlanır” – Nazirlik

9-10-2026, 10:00 242 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 gündür sistemin işləməməsi və vətəndaşların saatlarla növbədə gözləmək məcburiyyətində qalması ilə bağlı məlumat yayılıb.

Yenisirvanli.İnfo.Az Yeniavaz-a istinadənxəbər verir ki, Səhiyyə Nazirliyi yaranan problemlə əlaqədar açıqlama yayıb.
Açıqlamada problemin TƏBİB-in elektron sistemində yaranmış nasazlıqdan qaynaqlandığı qeyd olunub.
“Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu olaraq bildiririk ki, yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.
Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.
Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik”, – Nazirliyin məlumatında bildirilir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031