Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi

18-03-2025, 10:53 143 dəfə baxılıb

 Prezidentin İşlər İdarəsinin avtomobil sektorunun sabiq müdiri İsmayıl Ələkbərov vəfat edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, İ.Ələkbərov 74 yaşında xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, İsmayıl Qurban oğlu Ələkbərov 12 noyabr 1951-ci ildə Tovuz rayonunda anadan olub. O, uzun illər Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. 2014-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2015-ci ildə ehtiyata buraxılıb. Daha sonra Prezidentin İşlər İdarəsində işləməyə başlayıb. Burada avtomobil sektorunun müdiri vəzifəsini icra edib və 2024-cü ilin yanvar ayında işdən çıxıb.
 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930