Rəsul Quliyevın qızı: "Atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir"

28-09-2026, 11:22 316 dəfə baxılıb

 

"Rəsul Quliyev artıq neçə illərdir Amerikadadır. Artıq onun yaşını da bilirsiniz. Ən yaxınları - övladları, nəvələri, bir sözlə, ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr..."

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

X.Quliyeva belə müzakirələrin aparılmadığını bildirib: "Hər halda bizim aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr - Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik..."



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031