Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO

28-09-2026, 11:16 53 dəfə baxılıb

 

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili nəzərdə tutulur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihəsi çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

Layihəyə əsasən, müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının bir-birindən ayrılması və hərəkətin müxtəlif səviyyələrdə təşkili nəzərdə tutulur. Bununla qovşaqda nəqliyyat vasitələrinin hərəkətində yaranan kəsişmələrin və gecikmələrin azaldılması, giriş və çıxışların daha səmərəli təşkili hədəflənir.

Layihə çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün müvafiq infrastrukturun yaradılması da nəzərdə tutulur.

Yeni yol qovşağının 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat axınlarının bölüşdürülməsinə də təsir göstərəcəyi bildirilir.

Qeyd edək ki, bu layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan 24 yol layihəsindən biridir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031