Deputatın baha dərman satan şirkəti cəzalandırılıb

23-09-2026, 10:15 66 dəfə baxılıb

 

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun əsasında tibbi şirkət olan "Azəri Med" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi pərakəndə satış qiymətinin yuxarı həddini aşaraq satıb.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə uyğun olaraq (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) pozuntu müəyyən edilib.

Xatırladaq ki, "Azəri Med"in deputat Kəmaləddin Qafarova məxsus olduğu haqda mediada təkzib edilməyən materiallar var.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031