"OBA Market" müştərilərini aldadır

23-09-2026, 10:06 113 dəfə baxılıb

 

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələblərinə əsasən, "OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, şəbəkəyə daxil olan marketdə qida məhsulu vitrində göstərilən qiymətdən daha baha satılıb. Şirkət İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti, çəkisi, ölçüsü ilə bağlı, yaxud malın digər xassələrinə dair istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta törədib.

Xatırladaq ki, "OBA" marketlər şəbəkəsində alıcıların aldadılması, eləcə də keyfiyyətsiz məhsulların satışı ilə bağlı müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə dəfələrlə şikayətlər işıqlandırılıb.

 Şikayətlər həm müştərilərin qiymətlərdə aldadılması, həm də keyfiyyətsiz məhsul satışı ilə bağlı olub.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031