“İran aviaşirkətləri sentyabrın 23-dən uçuşlarını dayandıracaq“

22-09-2026, 09:20 68 dəfə baxılıb

İran aviaşirkətləri sentyabrın 23-dən etibarən uçuşlarını həyata keçirə bilməyəcəklər.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına verdiyi müsahibədə bildirib.
“İranın bütün aviaşirkətləri sentyabrın 23-də dünya üzrə uçuşları dayandıracaq. Bunu necə edəcəyimizi bilirsinizmi? Əgər onlar eniş etsələr, onlara yanacaq, minik xidmətləri və ya biletlər verilməyəcək. Əks halda, siz dollar sistemindən kənarlaşdırılacaqsınız”, – deyə nazir bildirib.
Bessent həmçinin bildirib ki, ABŞ İran aviaşirkətləri ilə kimin işlədiyini bilir.
Qeyd edək ki, avqustun sonlarında ABŞ İrana qarşı iqtisadi əməliyyata başlayıb. Bununla Vaşinqton Tehranın gəlir mənbələrini kəsmək niyyətindədir və İran neftinin alınması və daşınması da daxil olmaqla, İranla əməkdaşlığı davam etdirən üçüncü tərəflərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilə biləir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031