Xəbər verdiyimiz kimi, Tiflisdə kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanınan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb.
Məlumatla görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olunurdu.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub. Bəlli olub ki, Levan uzun müddət imiş yalnız mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Məlumata görə, bir ay əvvəl o, Moskvada olub, orada görüşlər keçirib.

Tiflisə isə vəfat edən yaxın dostu ilə vidalaşmaq üçün gəlibmiş. Sui-qəsd hazırlayanlar da yaxşı biliblər ki, Levan mərhumla vidalaşmaq üçün mütləq Tiflisə qayıdacaq və killer də sadəcə, hüzr mərasiminin keçirildiyi yerdə pusqu qurub. Qara beysbol papaqlı qatil Levanın mühafizəçi ilə addımladığı vaxt tətiyi çəkib. O, əvvəlcə qaçmağı seçən mühafizəçiyə hücum edib. Levan Canqveladze isə avtobus dayanacağına doğru qaçsa da, qatil onu kürəyindən vurub. Sonra o, öldüyünə əmin olmaq üçün bir neçə nəzarət atəşi də açıb.
Mənbənin sözlərinə görə, Merab qardaşının qətlinin arxasında kimin ola biləcəyi ilə bağlı hələ dəqiq bir nəticəyə gəlməyib. Levanın kifayət qədər düşməni var idi. Eyni zamanda o, həmişə bazarlara, meyvə-tərəvəz bazalarına maraq göstərib, bu da Azərbaycan mafioz klanları ilə qanlı çəkişmələrə gətirib çıxarıb.
Yada salaq ki, Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski) yaxınlıq da edib. Ancaq olduqca tez bir zamanda onlar arasında gərginlik başladı ki, onun əsas baiskarı öldürülən Levan olmuşdu.

2012-ci ilin yayında Lənkəranskinin Dubayda Levan Canqveladze ilə söhbəti olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevriləndə gürcü bıçağı götürərək Rövşənə yüngül xəsarət yetirmişdi. Dubayda baş verən hadisələrdən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya bildirməyə çalışıb. Burda da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq tezliklə tərəflər barışıb. Amma son illər onlar Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Rusiya mənbələri qətldə Ded Xasan və onun 1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro) qisas versiyasını rədd ediblər. Çünki Levanın çoxlu başqa düşmənləri var idi.
Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınırdı.Musavat.com
Yenisirvanli.İnfo.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Tramp Ukraynanı atəşkəsə məcbur etdiyi kimi, Putini də məcbur edə biləcəkmi?..
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində bitməyən macəralar -VİDEO
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Xocalı soyqırımı – Erməni faşizminin qanlı izləri
ABŞ kəşfiyyatı: Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir...
Belarus və Rusiya nüvə təlimlərinə başladı
1 milyona yaxın şəxsə müavinət və təqaüd ödənildi
Pensiyaçılar üçün endirim barkodu artıq “mygov” mobil tətbiqində - Foto
Prezident WUF13-ün açılış mərasimində - Video - Fotolar
Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım - Video
Bakıdakı WUF13 dünya mediasının diqqətində - Fotolar
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
BƏƏ-də AES-ə dron hücumu yanğınla nəticələndi
ABŞ Tehranla danışıqlar üçün - 5 şərt irəli sürdü
WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
Hörmüz böhranı dünya ticarətini dəyişir: Nəhəng şirkətlər yeni marşrutlara keçir
WUF13-də yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu
ADSEA əməkdaşları gücləndirilmiş iş rejimində çalışır
“1 milyarddan çox insan gecəqondularda yaşayır” - Anaklaudia Rossbax
“WUF13-də Bakının Baş Planına dair təqdimat keçiriləcək” - Anar Quliyev
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - Fotolar
Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
“Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia Rossbax
WUF13 başladı - Fotolar
ÜST Konqo və Uqandada fövqəladə vəziyyət elan etdi
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar
WUF13 çərçivəsində 9 HUB və 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib
Bekhem bu sahədə Britaniya üçün ilk oldu
İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi - Fotolar
“Sarı-qırmızılılar” 26-cı çempionluğu belə qeyd etdilər - Fotolar
Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər
Dənizdən sahilə hücum tapşırığını icra etdilər - Video
Bu gün “Qarabağ” Avropa Liqasına vəsiqəni təmin edə bilər
Biləsuvarın bəzi yerlərində işıq olmayacaq
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
İŞİD-in ikinci lideri məhv edildi
Tramp Çindən əliboş qayıtdı - KİV
“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”
“Qayıdıb İrandakı əməliyyatı başa çatdıracağıq”
Liderlərin səmimi anları - Fotolar
İlham Əliyev Zirvə görüşündə iştirak edir - Foto
Hörmüzdən asılılığı bu yolla azaltmaq istəyirlər
Prezident Türküstanda bir sıra mədəni məkanlarla tanış oldu
“Xarıbülbül”ün II günü də maraqlı təqdimatlarla yadda qalıb - Video
İlham Əliyev Qazaxıstandadır - Fotolar-Video
Bu müddətdə pensiyalara 2 milyard manatdan çox vəsait yönəldildi
Putin də Çinə gedir
Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
“Çin lideri mənə dedi ki, İrana hərbi yardım etməyəcəklər”
Yeni agentlik yaradıldı - Fərman
Həmkarını ABŞ-yə dəvət etdi
“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video
ABŞ və Çin liderlərinin İran anlaşması - Nüvə silahı, Hörmüz məsələləri necə razılaşdırıldı?
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Bütün nadir xəstəliklər üçün universal dərman hazırlanıb – Elmi ARAŞDIRMA
Festivalın ilk günü göz oxşadılar - Fotolar
Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq
4 mahnı oxuyub 2 milyon alacaq
Onlara Prezident mükafatı verildi - Adlar
İlin ən gözlənilən gecəsindən - Fotolar
“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu