Goranboyda sursat anbarında partlayışla bağlı BİRGƏ MƏLUMAT

2-09-2026, 09:00 165 dəfə baxılıb

 

Xəbər verildiyi kimi, ötən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlər görülüb.

Görülən tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yaşayan insanlar təxliyə edilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirləri davam etdirilir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031