Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək-ÖZƏL

28-08-2026, 16:33 179 dəfə baxılıb

 

Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər.

Yenisirvanli.İnfo.Az bildirir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir.

Məlumatda deyilir ki, Məleykə Abbaszadə 2000-ci ildən bəri bu postu tutur. Və rəsmi dairələr 26 illik idarəçiliyin bitməsini məqbul hesab ediblər.

Mənbələr qeyd edir ki, 73 yaşlı DİM rəhbərini əvəzləyəcək şəxsin də adı məlumdur. Onların bildirdiyinə görə, yeni DİM rəhbəri Rüfət Eyvaz oğlu Əzizov olacaq. Belə ki, 1980-ci il doğumlu Əzizov hazırda  ADNSU-nun rektoru vəzifəsini tutur. O, 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930