Müştəri 20 qəpiyə görə şikayət etdi, “Buta” 4000 manat cərimələndi

21-08-2026, 10:00 271 dəfə baxılıb

 

“Buta” apteklər şəbəkəsi cərimələnib.

 Yenisirvanli.İnfo.Az bildirir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna vətəndaş şikayəti səbəb olub.

Belə ki, Biləsuvar rayon sakini İmanzadə Gündüz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi elektron poçt ünvanına şikayət ünvanlayaraq, şəhərin H.Əliyev küçəsində yerləşən “Buta” aptek tərəfindən “Zintox N20” adlı qida əlavəsinin ona qablaşdırmanın üzərində qiymətinin 25 manat 90 qəpik qeyd edilməsinə baxmayaraq, həmin məhsulun 26 manat 10 qəpiyə satıldığını bildirib və satış qəbzinin, habelə dərman əlavəsinin qablaşdırılmasının fotolarını dövlət qurumuna təqdim edib.

Araşdırma nəticəsində fakt təsdiqini tapıb. Nəticədə şirkətin işçisinin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin tərkibinin olması müəyyən edilib və buna görə də sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Biləsuvar rayon məhkəməsinin qərarına əsasən, “Buta” apteklər şəbəkəsi 4000 manat cərimələnib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930