"Xəmsə" şadlıq evinə məxsus obyektlər bağlandı - Video

15-03-2025, 10:30 368 dəfə baxılıb

 

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq evi kompleksinə məxsus "VIP" və "Avropa zalı" adlı obyektlərin fəaliyyəti dayandırılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Xəmsə" şadlıq evi kompleksinə məxsus "VIP" və "Avropa zalı" adlı obyektlərdə yoxlama keçirilib.

Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektlərin təxliyə yolları yanar materialdan olan üzlüklərlə bəzədilib;

- yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb;

- obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- dəhlizlərdə, pilləkan qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilib;

- təxliyə yollarında qəza işıqları quraşdırılmayıb;

- elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmayıb;

- təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;

- obyektlərin ərazisi təmiz saxlanılmayıb;

- obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Xəmsə" şadlıq evi kompleksinə məxsus "VIP" və "Avropa zalı" adlı obyektlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930