“Yeni Klinika” əməkdaşlarının maaşları verilmir: “Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar”

13-03-2025, 20:12 359 dəfə baxılıb

 

“Yeni Klinika”nın əməkdaşları əməkhaqqılarının gecikməsindən şikayətçidirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.

“Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əməkhaqqını almamışıq. Əməkhaqqılarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Maaşların ləngiməsi isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur”.

 

“Yeni Klinika”nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova Oxu.Az-ın mövzu ilə bağlı sorğusunu gün ərzində cavablandıracağını bildirsə də, sonradan heç bir cavab vermədi.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031