5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
“Yenisirvanli.info.az” xəbər verir ki, Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
- polkovnik Rəsul Rasim oğlu Əliyevə;
- polkovnik Elçin Rəhim oğlu Abdullayevə;
- polkovnik Azər Əfrayıl oğlu Heybətliyə;
- polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə;
- polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: