Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - Video - Foto

16-06-2026, 08:21 1 643 dəfə baxılıb

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub.


“Yenisirvanli.info.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat qülləsinin qarşısında keçirilib.


Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.


Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edilib.


Konsert proqramında Xalq artistləri Aygün Bayramova, Bilal Əliyev, Faiq Əliyev, İlqar Muradov, Niyaməddin Musayev, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam Mustafazadə, Lalə Məmmədova, Manana Caparidze, Ramil Qasımov, Sevda Ələkbərzadə, tanınmış və sevilən müğənnilər Amil Həsənoğlu, Dilarə Kazımova, İlkin Dövlətov, İradə İbrahimova, Kamilə Nəbiyeva, Mehin Hümbətova, Murad Arif, Nuri, Vəfa Vəzirova, Zamiq Hüseynov, həmçinin “Natiq ritm” qrupu Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səsləndiriblər.


Bayram konserti atəşfəşanlıqla yekunlaşıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031