Əliyev Putini təbrik etdi

12-06-2026, 12:22 1 617 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, məktubda deyilir:


“Hörmətli Vladimir Vladimiroviç.


Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.


Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.


Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031