“Euronews” WUF13-ün nəticələrinə dair reportaj hazırladı - Video

31-05-2026, 10:16 1 515 dəfə baxılıb

 

“Euronews” telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunlarına həsr olunmuş xüsusi reportaj yayımlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, reportajda WUF13-ün şəhərlərin gələcəyi üçün qoyduğu irs, beynəlxalq əməkdaşlıq imkanları və urbanizasiya sahəsində əldə olunan nəticələrə diqqət yetirilib.


Bildirilib ki, forum mənzil təminatı, iqlim davamlılığı və şəhər idarəçiliyi kimi vacib məsələlər ətrafında qlobal müzakirələr üçün mühüm platformaya çevrilib.

Reportajda qeyd olunur ki, 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum siyasətçilər, şəhərsalma mütəxəssisləri və ekspertlər arasında təcrübə mübadiləsinə şərait yaradıb. Forum çərçivəsində keçirilən yüzlərlə sessiya və sərgidə dünyanın müxtəlif şəhərlərində tətbiq olunan innovativ həllər təqdim olunub.


“Euronews” vurğulayır ki, WUF13-də aparılan müzakirələr gələcək şəhərsalma strategiyalarının formalaşdırılmasına töhfə verir və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031