“ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”

27-05-2026, 11:43 1 461 dəfə baxılıb

 

ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban Bayramı ilə bağlı paylaşım edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında edilən paylaşımda deyilir:


“ABŞ-nin Bakıdakı səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik.


Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031