İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar

10-05-2026, 13:32 1 207 dəfə baxılıb


Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, sonra dövlət başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.


***


“PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.


Bildirilib ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.


Dövlət başçısı yeni hotelin təməlini qoyub.

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031