Prezident İrəvandakı sammitə onlayn qoşulacaq

4-05-2026, 10:22 1 122 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinə qoşulacaq.


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, tədbir “Gələcəyi qururuq: Avropada birlik və davamlılıq” devizi altında keçirilir.


Məlumata görə, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.


Qeyd edək ki, Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.


Xatırladaq ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031