İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

30-04-2026, 17:43 1 096 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri vəzifəsini icra edən Anjela Makeyeva öz sosial şəbəkə hesabında bildirib.


O, bununla bağlı qərarın şəhər Şurasının bugünkü sessiyasında qəbul edildiyini deyib.


“Biz icma olaraq Azərbaycan xalqı və şəxsən Prezident Əliyevlə uzun dostluq və tərəfdaşlıq tarixinə malikik. Əməkdaşlıqdan əlavə, bizi sıx mədəni və tarixi əlaqələr, həmçinin sülhə ortaq can atma birləşdirir”, - Makeyeva yazıb.


O, Azərbaycan hökumətinin dəstəyi ilə İrpen şəhərində lisey və şəhər poliklinikasının bərpa edildiyini, Prezident İlham Əliyevin Ukrayna lideri Volodimir Zelenski ilə son görüşü zamanı verilmiş yeni elektrik avtobuslarının isə tezliklə şəhərə gətiriləcəyini bildirib.


“Bu fəxri adı Prezidentin simasında biz həmçinin İrpen icmasını səmimi şəkildə dəstəkləyən və Ukraynanın qələbəsinə inanan bütün Azərbaycan xalqına həsr edirik!”, - paylaşımda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031